İndoneziyada narkotik vasitələrin ticarətinə görə iki nəfərə edam cəzası verilib

İndoneziyanın Riau əyalətinin Bengkalis məhkəməsi 10 kiloqram metamfetaminlə tutulan iki nəfərə edam cəzası verib.

Həmin şəxslər Riaudan Lampung əyalətinə narkotik vasitə aparan zaman təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs olunmuşdu.

İndoneziya hökuməti narkotik vasitələrlə mübarizədə sərt cəzalar tətbiq edir. Üzərində 5 qramdan çox narkotik vasitə daşıyanlar edam cəzasına məhkum oluna bilər.

AZƏRTAC 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR