ABŞ-da saxlanılan miqrant uşaqların sayı beş dəfə artıb

ABŞ sərhədini qanunsuz keçən və müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilən miqrant uşaqların sayı 2017-ci ilin mayından 5 dəfə artıb və 2018-ci ilin sentyabrında 12,8 min nəfərə çatıb. Ötən il Amerika saxlanma mərkəzlərində 2,4 min miqrant uşaq olub.

Bu barədə ABŞ Konqresinin üzvləri üçün hazırlanan və hazırda onun sərəncamında olan hesabata istinadən "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, uşaqların əksəriyyəti Mərkəzi Amerika ölkələrindən gələn, valideynlərinin müşayiəti olmadan təkbaşına sərhədi keçməyə cəhd göstərənlərdir. ABŞ qanunlarına görə uşaqların həbsi mümkün olmadığına görə, onlar bütün ABŞ ərazisində yerləşən 100 saxlanma mərkəzindən birinə düşürlər. Onların daha çox hissəsi Birləşmiş Ştatların cənub-qərb sərhədlərinə cəmləşib. Hazırda mərkəzlər 90 faiz dolub

."Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR