“Putin Trampla görüşdən divident qazanmağa ümid edir”

"ABŞ prezidenti Donald Tramp qatı düşməni Şimali Koreya lideri Kim Çen İnlə görüşdən sonra həvəslənərək rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verdi. Bu məqsədlə o, Moskvaya milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu göndərdi. Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi".

Bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq deyib ki, görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır: "Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə) hansısa sənədin imzalanması ehtimal edilmir".

Politoloq qeyd edib ki, Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək: "Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən, Putinin o da xoşuna gəlir. Birincisi, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir. İkincisi, Rusiyanı "böyük yeddilərə" qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur".

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR