Səudiyyəli qadın Formula-1 pilotu oldu

Səudiyyə Ərəbistanından olan Əsil əl-Hamad adlı qadın ölkəsində qadınlara maşınla küçəyə çıxmağa icazə verildiyi gün bunu özünəməxsus şəkildə qeyd edib.

Əsil Fransada Formula-1 bolidinin sükanı arxasına keçib.

Əsil həm də Səudiyyə Ərəbistanı Mühərrikli İdmanlar Federasiyasının idarə heyətinin ilk qadın üzvüdür.

"Renault Formula-1" komandansından verilən açıqlamaya əsasən, əl-Hamad mövsümün 8-ci yarışı "Fransa Grand Prix"dən əvvəl keçirilən tədbirdə sükan arxasına keçib.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR