Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı sərgi

AMEA Mərkəzi Elmi Kitabxanasının  Sərgi salonunda Azərbaycan açılıb.

Olaylar.az bildirir ki, sərgidə kitabxananın fondlarında mühafizə olunan "Milli qəhrəmanlarımız", "Azərbaycanda Ali baş komandanlıq institutunun Heydər Əliyev mərhələsi", "Azərbaycanın hərb tarixi", "General Əliağa Şıxlinski", "Azərbaycan ordusu"(1918-1920), "Generalı xatırlayarkən", "Qüdrətli ordumuz", "Azərbaycanın orta əsr silahları", "Hərbi məktəblərin banisi", "General Əbilov", "Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyat" (1918-1920), "Ali baş komandanım", "Azərbaycan hərbi dənizçilik tarixi", "Hərbi Topoqrafiyanın və geodeziyanın əsasları", "Raket və reaktiv yanacaqları" kimi kitablar nümayiş olunur.

Sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması" layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında da yerləşdirilib. Sərgi iyul ayının 3-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR