“Paşinyan öncə erməni xalqını doyurmalıdır”

"Sabahkı parlament seçkilərində Nikol Paşinyan parlament başına gələrsə, onun Azərbaycanla danışıqlardan öncə, Ermənistandakı bir çox problemləri həll etmək öhdəliyi yaranacaq. Bilirsiniz ki, Ermənistanın büdcəsi boşalıb, neçə aydır əmək haqqı almayan işçilər çoxdur. Paşinyan Azərbaycanı hədələməkdən öncə, ac erməni xalqını doyurmalıdır".

Bu sözləri Azadinform-a açıqlamasında politoloq Natiq Miri Qarabağla danışıqlar prosesinin dayanması və gözləntiləri barədə fikirlərini bölüşərkən deyib.

O, bildirib ki, Ermənistana qısa müddətdə "maliyyə yastığı" lazımdır: "Bu isə Rusiyada deyil, Qərb ölkələrində yaradıla bilər. Sarkisyan istefadan öncə buna cəhd edirdi. Məncə, Paşinyan qısa müddətdə zəif mövqe ilə danışıqlar masasına oturmaq istəməyəcək, hazırda Ermənistan zəif mövqedədir. Ermənistan ordusundakı korrupsiya, əsgər fərariliyi, ölüm halları və s neqativ faktlar mövqelərini bir qədər də zəiflədir. Paşinyan biruzə verməsə də, o, qərbyönlü siyasət yürütmək istəyir. Tədricən, Ermənistan Rusiyanın orbitindən çıxaraq, qərbə inteqrasiya etməyə çalışacaq. Bu isə Rusiyanın Ermənistana qarşı addımlar atacağı ehtimalını artırır. Bildiyiniz kimi, Ermənistan əksər sahələrdə sırf Rusiyadan asılıdır. Ona görə də yeni hökumətin işi çətin olacaq. Bu isə ölkəmizin xeyrinə olan məqamdır".

Politoloq Azərbaycanın hazırkı hökumətsizlik durumunda Ermənistana hücum etməməsindən danışaraq bildirib ki, dünyanın diqqəti Ermənistanda olduğuna görə, Azərbaycan hökuməti ehtiyatlı davranır: "Paşinyanın siyasəti Ermənistanın Rusiya tərəfindən sıxışdırılması ilə nəticələnə bilər. Bu məqamı diqqətdən qaçırmaq olmaz. Rusiya Ermənistanı cəzalandırmaq üçün Azərbaycana hərbi əməliyyatlar keçirmək üçün yaşıl işıq yandıra bilər. Hər şey sabahkı seçimlərdən, baş nazirin təyinatından sonra daha dəqiq bəlli olacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR