Tillerson Ankaraya gedəcək Ərdoğan-Tramp görüşünə hazırlıq

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Reks Tillersonun 30 mart tarixində Türkiyəyə səfər edəcəyini deyib.  Çavuşoğlu "Habertürk" telekanalında qatıldığı proqramda gündəmi dəyərləndirərkən, bu barədə fikir bildirib. ABŞ-dan Türkiyəyə yaxın zamanlarda Amerika hökumətinin yüksək rütbəli nümayəndəsinin ziyarət edib-etməyəcəyi sualını cavablandıran Türkiyə XİN rəhbərinin sözlərinə görə, Tillerson martın 30-da bu ölkəyə səfər etmək istəyində olduğunu bildirib.

Özünün də amerikalı həmkarına uyğun zamanda Ankaraya səfər etmək təklifində bulunduğunu deyən Çavuşoğlu artıq bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğanla danışdığını qeyd edib.

"Cənab prezident deyib ki, əgər bir əksiklik olmasa, bu görüşü qəbul edəcək. Eyni zamanda baş nazirə də bu barədə məlumat vermişik. Problem yaranmasa, Tillerson martın 30-da Türkiyəni ziyarət edəcək"-deyə, Mövlut Çavuşoğlu bildirib.

XİN rəhbəri prezident Ərdoğan və ABŞ prezidenti Donald Trampın üz-üzə görüşmələrinin də planda olduğunu bildirib. Onun sözlərinə görə, bu görüş referendumdan sonra baş tuta bilər.  Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR