Evlilik proqramları bağlanır: "Lazım deyil o reytinq"

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib. O, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

N.Kurtulmuş bu proqramların adət-ənənəyə, inanclara və mədəniyyətə zidd olduğunu, türk ailəsinə yaraşmadığını bildirib:

"...Deyirlər, reytinqi yüksəkdir. Lazım deyil o reytinqlər. Ailə institunu məhv edirlər, ailə məhrəmiyyətini, sirrini dağıdırlar. Çox əcaib proqramlardır. Qarşıdakı müddətdə böyük ehtimallar verilişlərin bağlanması üçün qərar qəbul ediləcək". Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR