Türkiyədə 2 milyondan çox insan Həcc ziyarətinə getmək istəyir

Türkiyədə Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur. Ziyarətə getmək üçün 335 min insan bu il ilk dəfə qeydiyyatdan keçib. Beləliklə, 1 milyon 700 min hacı namizədi əvvəldən qeydiyyatda olduğu üçün yeniləri ilə birlikdə onların sayı 2 milyonu ötüb.

Qeyd edək ki, ötən il Türkiyədən Həcc ziyarətinə 59 min 200 zəvvar gedib. Bu il Həcc kvotası artılaraq 80 minə çatdırılıb. Bu barədə "Report" Türkiyə KİV-nə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR