Xətai Sənət Mərkəzində "Yeddi Gözəl"

Yanvar ayının 16 - da Xətai Sənət Mərkəzində  tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi olacaq. Sona xanım bu haqda bizə özü məlumat verərək qeyd etdi ki, "16 yanvar 2017-ci il tarixində saat 18:00 da Xətai sənət mərkəzində baş tutacaq olan fərdi sərgim Dahi Azərbaycan şairi ve mütəffəkkiri Nizami Gəncəvinin "Həft Peykər" Yeddi Gözəl" poemasının qəhrəmanlarının libaslarından ibarət bədii tikmə Dekorativ tətbiqi sənət sərgisidi".

Sərgi "Yeddi Gözəl" poemasının 820 illiyinə həsr olunur.

Qeyd edək ki, dünya ədəbiyyatının günəşi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan "Yeddi Gözəl" poemasının qəhrəmanlarının Bəhram Gur, Fitnə və yeddi gözəllərin (Hindistan, Rum, Xarəzm, Slavyan, Məğrib, Çin və İran) libaslarının poemada əks olunduğu kimi tikilməsi geniş tamaşaçı kütləsinə təqdim ediləcək.Hər bir xalq öz mədəniyyəti ilə tanınır. Mədəniyyətin bir hissəsidə xalqın milli geyimləri,libaslarıdı. Sərginin həyata keçirilməsində məqsəd  gənclərdə kitaba, dekorativ tətbiqi sənət və bədii tikmə üslubuna maraq oyatmaqdı.  İştirakçılar sərgidə canlı poema qəhrəmanlarını izləyib dahi şairin poemalarına müraciət ediləcək. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR