Vladimir Putin Ermənistana səfər edəcək

Rusiya prezidenti Vladimir Putinoktyabrın 14-də Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq. 

Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR