ABŞ-da polis yenə günahsız insanları güllələyir

ABŞ-ın Şimali Karolina ştatında polislərin qaradərili şəxsin qətlə yetirmələrindən sonra Şarlott şəhərində başlanmış iğtişaşlarda 12 polis əməkdaşı yaralanıb.

CNN bildirir ki, Şarlott sakinlərini sinirləndirən məqam şəhərin qaradərili sakininin polis amansızlığının qurbanı olmasıdır. Sentyabrın 20-də 43 yaşlı qaradərili Kit Lemont Skottu qaradərili polis yaralayıb və Skott xəstəxanada keçinib. Polisdən verilən rəsmi açıqlamaya görə, Skottda odlu silah vardı və o, "bilavasitə, çox ciddi təhlükə mənbəyi" idi. Skottun ailə üzvləri və qohumları isə deyirlər ki, Kitin əlində silah yox, kitab vardı.

Şarlott polis idarəsinin rəisi Kerri Putninin sözlərinə görə, Kit Lemont Skott polisin axtardığı şəxs olmayıb.
Bundan sonra şəhərdə kütləvi etiraz aksiyaları başlanıb. Şimali Karolina Universitetinin qarşısına toplaşmış minlərlə insanda "Qaradərililərin həyatı önəmlidir!" və "Bizi öldürməyin!" şüarları yazılmış plakatlar vardı.

Qəzəbli insanlar şəhər küçələrini bağlayıblar. Polis aksiya iştirakçılarına qarşı rezin dəyənəklər və gözyaşardıcı qaz tətbiq edib. 

Polis zabiti Kit Tritli deyib ki, Skottu güllələyən polislər yaşayış binasında başqa şübhəlini axtarırdılar.
"Onlar Skottu əlində tapança maşından çıxan görüblər. Sonra Skott maşına oturub. Polislər avtomobilə yaxınlaşanda Skott yenə əlində silah düşüb və polislər atəş açıblar", - Tritli söyləyib.

Skotta atəş açmış polis zabiti Brentli Vinson inzibati məzuniyyətə göndərilib.

Skottun qızı isə deyib: "Atam qardaşımı gətirəcək məktəb avtobusunu gözləyirdi və onun əlində kitab vardı. Atamı güllələməzdən əvvəl polislər ona qarşı elektroşoker tətbiq ediblər".

Şarlott meri sakinləri sakitliyə çağırıb.

Tals şəhərində də qaradərili Terens Kratçeri polis güllələyib. Kratçerin silahsız olduğunu polis etiraf edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR