Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir

Ermənistanın Vayotsdzor əyalətinin Aqavnadzor kəndinin sakinləri yenidən məktəbə, uşaq bağçasına və kənd administrasiyasının binasına girişi bağlayıblar.

"Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, etirazın səbəbi fermerlərin artıq 9 aydır üzüm satışından onlara ödənilməli olan ödənişləri ala bilməməsidir.

Onların sözlərinə görə, problem hələ də nizamlanmamış qalır. Etiraz aksiyasının iştirakçıları aksiyanın müddətsiz xarakterə malik olduğunu və yalnız problemlərinin həll olunacağı təqdirdə məktəb, uşaq bağçası və kənd administrasiyasının binasının girişini açacaqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR