Britaniyalı alimlər smartfon üçün sınmayan ekran icad ediblər

Böyük Britaniyada Sasseks Universitetinin alimləri smartfon üçün nazik gümüş nanonaqil qatından sınmayan ekran ixtira ediblər. Alimlərin sözlərinə görə, belə ekranın sensor keçiricilik qabiliyyəti şüşə ekrandan daha yaxşı olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, layihə müəlliflərinin sözlərinə görə, material miqyaslama ilə bağlı məhdudiyyətlərə malik deyil, buna görə noutbuk və televizorların sensor ekranları üçün də istifadə edilə bilər. Belə ekranların istehsalı adi ekranlarla müqayisədə beş dəfə daha ucuz başa gələcək.

Adi ekran şüşəsi qatının alt hissəsinə barmaq toxunuşuna həssas elektrodlar yerləşdirilib. Bu elektrodlar indium oksid və qalaydan hazırlanıb. Gümüş nanonaqil daha möhkəm elektrod strukturu təmin edir.

Sasseks Universitetinin professoru və ixtiranın müəlliflərindən biri Alan Dalton deyir ki, adi displeyin hər bir pikseli subpiksellərə bölünüb. Adətən onlar qırmızı, yaşıl və göy rəng üçün olan piksellərdir. Gümüş nanonaqil də subpiksellərə malikdir ki, bu da yüksək dəqiqlikli ekranlar hazırlamağa və şəffaflığını saxlayan nazik naqil qatı yaratmağa imkan verir. Bu halda plyonka mexaniki zədələrə dayanıqlı olduğundan ekranı sındırmaq mümkün deyil.

Alimlər "M-Solv UK" şirkəti ilə birgə texnologiyanın kommersiya istifadəsini planlaşdırır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR