“Butulka sularının çirkli olmayanı yoxdur”

Britaniya mətbuatından "The Guardian" yazır ki, Britaniyada aparılmış analizlər bu ölkədə butulkalarda satılan mineral sulardan heç birinin təmiz olmadığını aşkara çıxarıb.

Analizlər satışda olan bütün butulka sularında az və ya çox dərəcədə ziyanlı zərrəciklərin olduğunu aşkar edib.

Zərərli zərrəciklər dedikdə kosmetika, pal-paltar və sənaye proseslərindın yaranan kiçicik, gözlə görünməyən qırıntılar nəzərdə tutulur.

Analizləri East Anglia Universitetinin alimləri aparıblar.

Onlar bütün dünyadan gətirilmiş 11 çeşid suyun 250 butulkasını araşdırıblar. Bu, miqyasına görə indiyədək aparılmış ən böyük su analizidir.

Araşdırmaya rəhbərlik edən professor Andrew Mayes deyib ki, "biz indiyədək mikroplastik zərrəciklərin ətraf mühitə vurduğu ziyanlar barədə eşitmişik, lakin bu maddələrin konkret olaraq təbiətin bir komponentinə təsiri ilk dəfədir təhlil edilib".

Professor deyib ki, "mikroplastik zərrəciklərlə təkcə krandan axan su yox, həm də pivə və başqa ərzaqlar çirklənib".

Doktor Mayes və onun universitetin nəzdindəki Kimya Məktəbindən olan həmkarları suyun tərkibindəki kiçicik zərrələri aşkarlayan elmi metod kəşf ediblər. Bu zərrəciklər su və ərzaqla insanın orqanizminə daxil olur və orada toplanır.

Alim deyir ki, sözü gedən analizlərin aparılması çox vaxt və vəsait tələb etsə də, icrası son dərəcə mühümdür. (day.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR