Qəbələdə Ümumdünya Gömrük Təşkilatının iclası keçirilib

Sentyabrın 18-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq-mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 16-cı iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasa Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seulun məsul nümayəndəsi qatılıb. İclasın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hüquq-mühafizə fəaliyyəti çərçivəsində RILO-Moskva ilə əməkdaşlığın hər il inkişaf etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Gömrük Xidmətinin RILO-Moskva ilə gömrük hüquqpozmalarına qarşı mübarizə, eləcə də təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir. Gömrük hüquqpozmaları və qaçaqmalçılıqla mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Şahin Bağırov deyib ki, yalnız qarşılıqlı əlaqələrin gücləndirilməsi, ümumi yanaşma və uğurlu strategiya sayəsində bu sahədə arzuolunan nəticələrə nail olmaq mümkündür. RILO-Moskvanın direktoru Oleq Bakanov təmsil etdiyi qurumun fəaliyyətinə toxunaraq diqqətə çatdırıb ki, RILO-Moskvanın qarşısında duran əsas vəzifələrdən biri də gömrük sahəsində qanun pozuntuları barədə informasiyanın ötürülməsi, yoxlama mexanizmi və realizə edilməsi, analitik işlərin təşkilidir. Sonda RILO-Moskvanın 2018-ci il üzrə iş planı razılaşdırılıb, iclasın yekun qərarı qəbul edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR