Dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir- PROBLEM

Eldəniz Səlimov: "Qida təhlükəsizliyi ərzaq, milli təhlükəsizlik məsələlələri kimi önəmli və məsuliyyətli bir məsələdir"

Azərbaycanda həyata keçirilən uğurli sosial-iqtisadi siyasət bir sıra məsələlərin həllini zəruri edir. Bunlardan biri də əhalinin keyfiyyətli ərzaq məhsuları ilə təmin edilməsidir ki, artıq bu istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bununla yanaşı, ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsini gündəmə gətirir. Məhz bu kimi amilləri nəzərə alan prezident İlham Əliyev bu günlərdə ölkə əhalisinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi məsdəilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra - ÜST) 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır. Beləliklə, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Bundan əlavə, qida mənşəli patogenlərin mikrob əleyhinə preparatlara qarşı müqavimətinin artması, qida təchizatında yeni müəyyənləşdirilmiş mikroorqanizmlərin və kimyəvi maddələrin təhlükə yaratması, eləcə də dünya əhalisinin qidalanma vərdişlərinin dəyişməsi kimi məsələlər müşahidə olunur.

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin bugünlərdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması çox mühüm və əhəmiyyətli bir addımdır. Çünki qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin çox mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də insanların sağlam həyat yaşamının təmin edilməsi baxımından olduqca önəmli və məsuliyyətli bir məsələdir: "Bu gün dünyada, ərtafımızda yaşanan hadisələr, dağıdıcı proseslər, hərbi, siyasi, iqtisadi kataklizmlər və sair və ilaxır bunlar hamısı həm ərzaq təhlükəsizliyi, həm qida təhlükəsizliyi məsələsini bəlkə də torpaq, ərazi, suverenlik məsələsi kimi bir nömrəli məsələ, bir nömrəli prioritet kimi şərtləndirir, önə çıxarır. Dövlətin, suverenliyin, müstəqilliyinin təmin edilməsi şərtləri sırasında ərzaq və qida təhlükəsizliyi məsələsi də öndə dayanır. Bu baxımdan, həm 10 fevral 2017-ci il tarxində ölkə prezidentinin sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaradılması, həm də bu ilin aprel ayının 29-da "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalaması vacib,  hər birimizin ürəyindən xəbər verən bir məsələdir".

Millət vəkilinin qeyd etdiyinə görə, məlum son sərəncamda bir daha Dövlət Proqramının təsdiqlənməsinin ən vacibi məqamı kimi ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması önə çəkilir: "Sərəncamda həmçinin, Qida Təhlükəsizliyi Agentliyinə bu sərəncamla təsdiq edilən Dövlət Proqramında əksini tapmşı tədbirlərin icrasını əlaqələndirməsi,  həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etməsi, o cümlədən, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməsi tapşırılıb. Eyni zamanda, qeyd olunur ki, bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər. Hesab edirəm ki, qeyd edilən məqamlar da hər biri vaxtında və zamanında yerinə yetiriləcək. Çünki artıq 2 idən çoxdur ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir və bu qısa müddət ərzində də öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək istiqamətində bir sıra önəmli, vacib addımlar atıb. Artıq bu qurumun fəaliyyəti cəmiyyətdə, həyatımızda hiss olunmaqdadır. Düzdür, bəzən bu quruma yönəlik də bəzi iddialar, ittihamlar səsləndirilir, amma hesab edirəm və reallıq da onu göstərir ki, bunlar çox zaman həqiqətə söykənmir, subyektivləyə əsaslanır. Təbii ki, iş, fəaliyyət olan yerdə müəyyən çətinliklər, çatışmazlıqlar da olur və olacaq, amma bütün bunlarla belə, bu qurumun fəaliyyəti ortadadır və qənaətbəxşdir. Belə olan təqdirdə də, məlum sərəncamın icrası yönündə qarşılıqlı addımların atılması ilə həm adıçəkilən qurumun fəaliyyəti daha da sürətləşmiş, güclənmiş olacaq, həm də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində tezliklə daha ciddi və müsbət addımların şahidi olacağıq. Çünki bir daha qeyd edirəm ki, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi, milli təhlükəsizlik məsələləri qədər önəmli və məsuliyyətli bir məsələdir və hər bir kəs də bu məsələdə öz məsuliyyətini hissi edərək, ona uyğun davranışlar sərgiləməlidir".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR