QAN DONDURAN GÖRÜNTÜLƏR – ONA TÜRKİYƏDƏ XƏYANƏT EDƏN ARVADINI BAKIDA YANDIRDI – VİDEO

Bakının Nəsimi rayonunda baş vermiş dəhşətli cinayət hadisənin təfərrüatları ortaya çıxıb.

A24.Az xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan "Kriminal" verilişində məlumat verilib.

Belə ki, bu ilin aprelində paytaxtın "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazasında Müzəffər Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək, onu yandırıb.

Nəticədə qadın dünyasını dəyişib.

Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Məlum olub ki, Aytəkin Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. Bu səbəbdən Müzəffər arvadının ona xəyanət etdiyini fikirləşib.

Bir neçə aydan sonra Aytəkin Bakıya qayıdıb və həmin mağazada işləməyə başlayıb.

Hadisə baş verən günü Məsud Müzəffərov 1 litr benzin götürərək arvadının çalışdığı mağazaya gəlib. O, həmin yerdə benzini qadının başına tökərək yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR