Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub - YENİLƏNİB

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR