Fabrikdə iş maşınına ilişən işçi faciəvi şəkildə can verdi – Video

Çində bir işçi çalışdığı fabrikdəki maşının qurbanı olub.

Olaylar.az Moderator.az-a istinadən xəbər verir ki, bədəninin müxtəlif yerlərindən yaralanan işçi toxuma dəzgahına bənzəyən maşının silindirinə ilişərək bir anda dönməyə başlayıb. Qorxu dolu anlar fabrikin təhlükəsizlik kameraları tərəfindən görüntülənib.

Fabrikdə maşındakı parçanı düzəlməyə çalışan işçinin əli maşına ilişib. Silindirin sürətlə fırlanmasından sonra bütün bədəni dəzgah maşınının içərisinə girib. Ətrafda heç kim olmadığı üçün həmin şəxs maşında 3 dəqiqə fırlandıqdan sonra yerə düşüb. Qan içərisində yerdə qalan işçi dəhşətli şəkildə can verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR