Sərnişindaşımada qiymət problemi

Son illərdə müsbət dəyişikliklərin baş verdiyi sahələrdən biri də nəqliyyat sektorudur. Daha doğrusu paytaxtın nəqliyyat probleminin həlli istiqamətində atılan məqsədyönlü addımlar və görülən işlər. Hər şey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinpaytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə,imzaladığı fərmanla başladı. Belə ki, dövlət başçısının imzaladığı fərman əsasında paytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi yaradıldı. Etiraf etmək lazımdır ki, fəaliyyətə başladığı ötən iki il ərzində Agentlik paytaxt nəqliyyatında kifayət qədər müsbət dəyişikliklərə, uzun illər bu sahədə yığllıb qalan problemlərin tədricən aradan qaldırılmasına nail oldu. Paytaxtda sərnişinlərə xidmət göstərən yeni avtobuslar gətirildi, bu sahədə yeni ödəniş sistemi tətbiq edildi. Etiraf etmək lazımdır ki, tətbiq edilən yeni ödəmə sistemi, kartla ödəmə kifayət qədər effektli oldu. Məhz effektiv nəticəsinin göstəricisidir ki, bu gün paytaxtda450 nəqliyyat vasitəsi məhz "Bakıkart" sisteminə qoşulub. Məlumat üçün qeyd edək ki, Bakı metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində "BakıKART" kart satış və yükləmə aparatları mövcuddur. Burada quraşdırılan xüsusi "BakıKART" avadanlıqları vasitəsilə "BakıKART" kartlarını əldə edə və balansınızı artıra bilərsiniz.Ümumiyyətlə isə,Bakı metropoliteni stansiyalarında 144, avtobus dayanacaqlarında 54, MilliÖN vasitəsilə  isə 186 ədəd BKSYA mövcuddur ki, bunlar vasitəsilə "BakıKART"-a gediş yükləmək mümkündür.

Bütün bu əldə edilən nailiyyətlərlə yanaşı, hələ də müəyyən problemlər qalmaqdadır. Bu da bir çox hallarda gediş haqqı ödəməküçün quraşdırılmış aparatların işləməməsi, yaxud onların azlıq təşkil etməsi ilə bağlıdır. Elə iqtisadçı ekspert Samir Əliyev də buqənaətdədir. O, bildirib ki,BakıKart ilə işləyən avtobusların sayı artdıqca, dayanaqcaqlardakı aparatların önündə növbələr dəuzanır. Elə buna görə hər dəfə karta gediş üçün vəsait ödəmək üçün xeyli vaxt sərf etməli oluruq. Onun sözlərinə görə, bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən başqa əlac qalmır: "Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Metropolitendə belə aparatların sayı çox olsa da, avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil. Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil". Samir Əliyev bildirib ki, şəhər nəqiyyatında nağdsız ödənişə keçməsi təqdirəlayiqdir: "Əhali demək olar ki bu sistemə tam öyrəşib.Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin bir dayanacaqdan aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq və hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır, həm də aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur. Azərbaycanda da nəhayət ki, sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?" İqtisadçı onu da deyib ki,digər məsələ ödənişin rahatlığı məsələsidir: "Əhali hələ də BakıKart kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da bu sistemə uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır".Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılmasının mümkünlüyünə toxunan iqtisadçı onu da qeyd edib ki, qiymət artımı zaman məsələsidir: "Bu addım xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də qiymət artım zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər".

Məhəmməd 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR