Tural Bayraməliyev ittihamlara cavab verdi

Ötən gün yayılan "Bakıda qadına qarşı 405 min dollarlıq dələduzluq edilib" başlıqlı yazıda şair və bəstəkar Tural Bayraməliyevin ünvanına əsassız ittihamlar irəli sürülüb. Adı Ş.S kimi qeyd olunan xanım, T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığı qeyd olunur.

İttihamlara aydınlıq gətirən qarşı tərəf bunları qeyd edib:

"Həmin xanımla uzun illərdir işbirliyimiz var. Onu "Daş-Çınqıl Servis" MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib, "birlikdə nə iş görə bilərik, pul qazanaq?". Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim.

İki ay öncə yoldaşı ilə gəlib işin gedişatı ilə tanış olub və xeyir-duasını verib. Bir həftə qonağım olub. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum.

Qeyd edim ki, "Minnur qida holdinq"ə məxsus  restoranın tikinti işləri başa çatmaq üzrədir. Heç bir problrem yaranmayıb  və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Həmin xanım hazırda Bakıda deyil. Ünvanıma söylədiyi əsassız fikirlərdən sonra onunla əlaqə saxladım. Dələduzluq" ağır ittihamdır. Bunu nəyə əsaslanaraq dediyinin bir sübutu olmalıdır. Lakin o, mənimlə söhbətində heç bir quruma və mətbut işçisinə barəmdə informasiya ötürmədiyini açıqladı. Bütün yazıların əsassız olduğunu bildirdi. Əgər mətbuat orqanları istəsə, xanımla əlaqə saxlayıb, onun firkini də öyrənə bilər. İttihamın nüfuzuma  zərər gətirməsini qətiyyən istəmirəm".

Xəbərdə eyni zamanda, T.Bayraməliyevin əvvəllər Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma maddəsi ilə məhkum olunduğu qeyd olunub.  

Qarşı tərəf bu iddianı da əsassız saydı:

"Heç bir vergi borcuma görə məhkumluğum olmayıb. Biznes fəaliyyətimdə bütün vergi borclarımı qəpiyinə qədər ödəmişəm. Hər hansı məhkumluqdan söhbət gedə bilməz. Dediyim hər bir sözün arxasında durmağa hazıram".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR