Bakıda ana azyaşlı övladı ilə birgə intihar etmək istədi

Hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev 94 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məhbubə Mövlud qızı Bayramova azyaşlı övladı ilə birgə beş mərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib.

Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.

M. Bayramova polisə verdiyi ilkin ifadəsində məhkəmə qərarına etiraz olaraq bu addımı atdığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır. apa

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR