Gözəllik salonunda yanğın

Bakının Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 m² olan birmərtəbəli gözəllik salonunun dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, gözəllik salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18.15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR