Prezidentin mətbuat katibi: "Bizə belə bir məlumat yoxdur"
Azər Qasımov erməni mətbuatında prezidentlərin görüşü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
22 May 2013 17:26 SiyasətAzərbaycan prezidentinin mətbuat xidməti Azərbaycan və Ermənistan dövlət başçılarının 12 iyun tarixində Avstriyanın Zalsburq şəhərində görüşəcəkləri barədə erməni mətbuatında yayılan məlumatlara aydınlıq gətirib. Prezidentin mətbuat katibi Azər Qasımov Modern.az-a eksklüziv açıqlamasında xəbəri təkzib edərək, onlarda belə bir məlumatın olmadığını deyib.
"Bizə belə bir məlumat yoxdur", -deyə A.Qasımov bildirib.
Qeyd edək ki, Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata görə, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin Zalsburqda görüşü planlaşdırılır. "12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq", - deyə erməni KİV-i məlumat yayıb.