Məşvərət Məclisi dağılır?

Demokratik Qüvvələrin Məşvərət Məclisində ciddi fikir ayrılığı yaranıb. Qurumdakı mənbələrdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, buna səbəb DQMM-də təmsil olunan bəzi partiyaların Milli Şura yaratmaq istəyində olan qüvvələrlə danışıqlar aparmasıdır. Məlumata görə, Məşvərət Məclisi daxilində fikir ayrılığının ciddi xarakter alması qurumun Nümayəndələr Palatasının bu günlərdə ADP qərargahında keçirməyi nəzərdə tutduğu növbəti toplantısını da təxirə sala bilər.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal, Liberal və Açıq Cəmiyyət partiyalarının Milli Şura ilə məxfi danışıqlar apardığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31