Qərb və ABŞ müxalifləri Əsəd rejimilə razılaşmağa qoymur - AÇIQLAMA

Hikmət Hacızadə: “Müxaliflərlə rejim məsələsini danışıqlar masası arxasında həll etməsi Qərb və Amerikanın strateji maraqlarını əks etdirmir”

Suriya prezidenti Bəşər Əsəd 5 hökumət nümayəndəsinə müxalifətlə danışıqlar aparmaq tapşırığı verib. Beş nəfərlik suriyalı rəsmilərə baş nazir Vail əl Halki rəhbərlik edir. Lakin Suriya müxalifətinin suriyalı rəsmilərin təşkil etdiyi qrupdakı bəzi nazirlərlə bir masa arxasında oturmağa qarşı çıxdığı bildirilir. Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadə hesab edir ki, Bəşər Əsəd Suriyada baş verən proseslərə xarici təzyiqlər gücləndiyi üçün müxalifətlə danışıqlar aparmaq məcburiyyətində alıb. Politoloqun sözlərinə görə, Əsəd rejimin müxaliflərlə barışıq cəhdlərinin arxasında "Ərəb liqası", ABŞ və Qərb basqılarının açıq müstəviyə keçməsindən irəli gəlir: "Digər tərəfdən də Rusiya və İranın Suriya maraqları ilə  ABŞ-la Qərbin planlarının üst-üstə düşməməsi Yaxın Şərqdə cərəyan edən hadisələri gərginlik həddinə çatdırıb. Müxaliflərin isə Əsədlə danışıqlar masasında oturmaq istəməsinin arxasında Qərb və ABŞ dayanır. Çünki, müxaliflərlə rejim arasındakı razılaşma heç də Qərb və Amerikanın strateji maraqlarını əks etdirmir. Əgər müxaliflər Əsədlə razılığa gəlsələr, İran və Rusiyanın Suriya maraqlarında müəyyən təminat yarana bilər. Bu müstəvidə pozuculuq işinin içində həmin qüvvələrin gizlənmiş əli var. Digər tərəfdən müxalifət Əsədin səmimiyyətinə inanmır. Çünki, Suriyada vətəndaş müharibəsi başlayandan bu günədək Əsədin əli yüz mindən çox günahsız insanın qanına batıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31