Kainat gözəli vəfat etdi – 20 yaşına bir gün qalmış

"Miss gənc Kainat-2017" gözəllik müsabiqəsinin qalibi Lotte van der Zeye 19 yaşında vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun valideynləri İnstaqram səhifəsində məlumat veriblər. Məlumata görə, holland model Avstriyanın Vestendorf kurortunda ailəsi ilə istirahət edirmiş. Ölümündən bir gün əvvəl o, dostları ilə görüşüb, evə gələndə heç bir şikayəti olmayıb. Sabahı gün səhər yeməyinə gəlməyən modelin valideynləri onu otağında huşsuz vəziyyətdə tapıblar, bir müddət sonra isə onun ürəyi dayanıb. Təcili xəstəxanaya aparılan modelin həyatını xilas etmək mümkün olmayıb. Onun ürək çatışmazlığından vəfat etdiyini bildiriblər. Hazırda tibbi ekspertlər ürək çatışmazlığına nəyin səbəb olduğunu öyrənməyə çalışır.

Qeyd edək ki, vəfatından bir gün sonra modelin 20 yaşı tamam olacaqdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR