Azərbaycan Ordusunda “NATO günləri” keçirilir

Azərbaycan Ordusunda "NATO günləri" tədbiri keçirilir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün "NATO-nun strukturu və vəzifələri", "Azərbaycan-NATO əməkdaşlığı", "NATO-nun Əməliyyat İmkanları Konsepsiyası", "NATO və Kibertəhlükəsizlik" və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan Ordusunda "NATO günləri" oktyabrın 5-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR