Gənc kursantlar atış çalışmalarını yerinə yetirir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin birinci kurs kursantları ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər.

Çalışmaların yekununda gənc kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

"Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR