Ordumuzun təlimlərində gecə vaxtı döyüş atışları keçirilib

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR