“Parad gücümüzü, real qələbələrimizi bir daha ortaya qoydu”

"Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Bakıda keçirilən Hərbi Parad onu göstərdi ki, Azərbaycan Ordusu son model texnologiyalarla, silahlarla təmin və təchiz olunub. Bu onu göstərir ki, həmin silahları almaq üçün əlbəttə ki, güclü iqtisadiyyata və güclü büdcəyə malik olmaq lazımdır".

Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Ermənistanın büdcəsinin, iqtisadiyyatının hansı vəziyyətdə olması bizlərə bəllidir: "Hətta onların ordusu, silahları da kiminsə iradəsi və hədiyyəsi əsasında formalaşır. Bu iradə, hədiyyə isə qarşı tərəfin istəyindən asılıdır. Konkret məqamlarda Ermənistana kömək olub-olmayacağı sual altındadır. Amma Azərbaycan tərəfi özü öz müdafiəsi üçün lazım olan ən modern silahları ala bilir və ordusunu bununla təchiz edə bilir. Bu artıq Ermənistana ciddi şəkildə bir mesajdır. Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki açıqlamalarından da bu təşfiş və mesajın alındığı hiss olunmalıdır. Hesab edirik ki, bu Hərbi Parad Azərbaycanın mövcud gücünü, real qələbələrini bir daha ortaya qoymuş oldu".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR