Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçu mükafatlandırılıb

Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" və "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

Bu münasibətlə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 339 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 23 nəfərə "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", 39 nəfərə 1-ci dərəcəli, 86 nəfərə 2-ci dərəcəli, 191 nəfərə isə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı təqdim olunub.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR