Ordumuz hər an döyüşə hazırdır

Azərbaycan bir həftə ərzində öz ərazi bütövlüyünü təmin edə bilər
 

Millət vəkili Qüdrət Həsənquliyev parlamentin son iclasında qeyd edib ki, Ermənistan hər an atəşkəsi poza bilərlər, Azərbaycan ordusu buna hazır olmalıdır. Maraqlıdır, Azərbaycan ordusu döyüşə hazırdırmı? Yurddaş Partiyasının sədri Mais Səfərli "Olaylar"a bildirib ki, Azərbaycan regionunu qüdrətli bir dövlətinə çevrilib. Biz bu statusu ordumuzun güclü olması ilə də qazanmışıq. Bütün müstəqil yerli və benəlxalq hərbi ekspertlərin qənaəti ondan ibarətdir ki, Azərbaycan ordusu regionunu ən güclü ordusudur: "Etiraf edilməlidir ki, ordimizin təminatı və döyüşə hazırlığı ən yüksək səviyyədədir, ən müasir silahlarla da təchiz olunub. Sadəcə, Azərbaycan prezidenti hesab edir ki, hələ danışıqlar yolu ilə torpaqlarımızın geri qaytarılması imkanları çoxdur. Hazırda Azərbaycan bu və xüsusən də beynəlxalq hüququn imkanlarından istifadə etməkdədir. Amma, Ermənistan mövqeyində dəyişiklik nümayiş etdirəcəksə, Azərbaycan ordusunun gücü ilə torpaqlarını azad edəcək. Qətiyətlə demək olar ki, Azərbaycan ordusu hər an buna hazırdır. Sadəcə hazırki gepolitik vəziyyət, müharibənin qan-qada, böyük itgilər olması nəzərə alınaraq danışıqlar davam etdirilir. Məlum olduğu kimi Azərbaycan çox böyük inkişaf yolu tutub. Əgər biz müharibəyə başlasaq, bizim müəyyən qədər iqtisadi inkişafımıza təsirini göstərəcək. Buna baxmayaraq, Ermənistan tutduğu qeyri-konstruktiv yoldan əl çəməyəcəksə, Azərbaycan ordusu öz sözünü deyəcək. Ordumuzu ona görə silahlandırırıq ki, müharibəyə hazır olaq. Hesab edirəm ki, indiki zamanda müharibə başlasa, Azərbaycan bir həftə ərzində öz ərzi bütövlüyünü təmin edə biləcək". Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr ondan xəbər verir ki, biz hər an yüksək döyüş hazırlığında olaq. Çünki, Ermənistanda hər an vəziyyət dəyişə bilər: "Məlum deyil ki, Ermənistanda davam edən etiraz mitinqləri ölkəni hara aparacaq? Bunun arxasında hansı qüvvələr dayanıb, bu qüvvələr regionda hansı fitnə-fəsadlar törədə bilər? Ona görə də Azərbaycan orsdusu ayıq-sayıq olmalı, hər an hücuma keçmək əmrinə müntəzir olmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR