Dörd vəkilin fəaliyyətinə QADAĞA - QƏRAR

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatına baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 1 vəkilə irad tutulub.

Lent.az xəbər verir ki, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. R.Usubov müraciətində qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkillərinin işinin siyasiləşdirildiyini, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıb.

Rəyasət Heyətinin qərarı ilə hər iki vəkilin fəaliyyətinə 1 il müddətinə qadağa qoyub.

Hər iki vəkil bu qərarla razı olmadığını və məhkəməyə müraciət edəcəklərini bildirib.  Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR