Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 3-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində "Vətən mənə oğul desə..." adlı maarifçilik tədbiri keçirilib.

Silahlı Qüvvələrin 100 illiyi və 2016-cı ilin qalibiyyətli aprel döyüşlərinin iknici ildönümü münasibətilə təşkil edilmiş mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib, sonra torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşlərinə həsr olunmuş sənədli film göstərilib.

Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qabil Həsənov Silahlı Qüvvələrin və Qarabağ müharibəsinin tədbirdə iştirak edən veteranlarını salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə peşə təhsilinin müasir tələblər səviyyəsində qurulmasına göstərdikləri diqqət və qayğıdan danışıb.

General-leytenant Yaşar Aydəmirovun "Aprel döyüşləri qələbəyə aparan yolun başlanğıcıdır" və Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlətimizin siyasətində" mövzusunda maarifləndirici mühazirələri dinlənilib.

Nizami Rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov hərbi vətənpərvərlik ruhlu tədbirlərin əhəmiyyətini qeyd edərək, bütün uğurların başlanğıcında elmin, biliyin, maarifçiliyin durduğunu bildiriblər, belə tədbirlərin davamlı olmasını arzu ediblər.

Mərkəzin şagirdlərinin ifasında vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər ifa edilib. Dinləyicilərin çoxsaylı sualları cavablandırılandan sonra tədbirin qonaqları şagirdlərin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR