"Onu məhkəmədə süründürəcəm" - Xoşqədəm hədələdi

"Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq".

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib.

Aparıcı bildirib ki, ona təhqir yazan izləyicilərini məhkəməyə verəcək:

"Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız".

Bu gün isə X.Hidayətqızı sosial şəbəkədə bir transeksualla dava edib. O, Nura Paşayeva adlı şəxsin profilini paylaşaraq, onu axtardığını deyib:

"İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR