Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR