Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq, informasiya təhlükəsizliyini təmin edəcək

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir. Məlumata görə, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq. Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.  Apa.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR