Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Daxili Qoşunların Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Dini radikalizmlə mübarizənin əhəmiyyəti" mövzusunda maarifləndirici seminar-treninq keçirilib. "OLAYLAR"-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, seminar-treninqi giriş sözü ilə açan hərbi hissənin komandiri polkovnik-leytenant Seymur Şahmuradov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq çıxışında dini radikalizmin törətdiyi fəsadlardan və bununla bağlı hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və dini radikalizmə qarşı mübarizə üsulları haqqında danışıb. Bildirib ki, dini radikal qruplar gəncləri öz təsirləri altına cəlb etməyə, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov belə tədbirlərin dini radikalizmə qarşı mübarizədə önəmini vurğulayıb. Şöbə müdiri seminar-treninqlərin davamlı olaraq keçirilməsinin zəruriliyini qeyd edib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR