Səfir: "Ukraynada bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir"

Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir.

Bunu "Business Ukraine" jurnalına müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.

Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə soyğunçu dəstələrin hücumları və bəzi qaydalardır.

A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır: "Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək".

Azərbaycanla Ukraynanın enerji əməkdaşlığına toxunan diplomat qeyd edib ki, SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrinə və neft bazasına sahibdir: "SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyub".

Səfir müsahibəsində Azərbaycan və Ukrayna iqtisadiyyatına investisiya gətirəcək nəqliyyat dəhlizlərindən də söhbət açıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR