Hərbiçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar. "OLAYLAR"-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.
Sonra Müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR