Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyası Azərbaycana təşkil olunacaq 

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb. Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.  "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub. 
Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" tədqiqat səfəri türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiya olub.  Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan və Qafqaz regionuna təşkil olunması nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR