Müğənni Zakir Əliyev Qarabağ əlilini-iki ayağını itirmiş Sahib İsgəndərovu ALDATDI -PAYLAŞIN HAMI GÖRSÜN

Atalardan gözəl məsəl var: "Yaxın qonşu uzaq qohumdan irəlidir". Digər bir məsəldə isə deyilir: "Uman yerdən küsərlər".
Tanınmış xanəndə Zakir Əliyevi yaxşı oxusa da  yaşadığı (bağ evi) Qubanın Alpan kəndində ona inam çox azalıb , buna səbəb həmin kənddə onun xeyir-şərdə iştirak etməməsidir. Bu günlərdə   müğənni Zakir Əliyev    Qubanın Alpan kəndində yaşayan  yaxın qonşusu birinci qrup Qarabağ müharibəsi əlili Sahib İsgəndərovun toy məclisində xanəndə kimi iştirak etməyə dəvət alıb.  Lakin Zakir Əliyev söz versə də, nədənsə bu toyda iştirak etmədi. Məclis əhli səbirsizliklə Zakir Əliyevin gəlişini çox gözlədilər, müğənnidən bir xəbər çıxmadı. Kənd əhli fikirləşdi ki, yəqin müğənni ya pula görə gəlməyib, ya da gecə ilə gündüzü dəyişik salıb. Vətənin azadlığı uğrunda erməni quldurlarına qarşı döyüşərək iki ayağını itirən , yarımcan olmuş  Qarabağ müharibəsi əlilinin toyuna çağırılmış müğənni nə səbəbə gəlməyib?
Zakir Əliyev gərək söz verməyəydi. Ya da deyəydi ki, ayrı yerdə toyum var. Onda heç kəs də intizarla gözləməzdi, nə də inciməzdi. Onu da qeyd edək ki, Qarabağda döyüşərək istər şəhid olanlar, istərsə də yaralanaraq çətin durumda yaşayan soydaşlarımız Vətənimizin ən qeyrətli, şərəfli oğullarıdır. Onların toyunda hər bir müğənni təmənnasz iştirak etməlidir. Heç bir müğənni belə məsuliyyətsizliyə yol verməməlidir. 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR