Nazir müavini BMT-nin sessiyasına qatılıb

Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı məqsədilə imzaladığı Sərəncamlarvə bu sahəyə göstərilən dövlət dəstəyi barədə geniş məlumat verib, ölkə başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan RespublikasındaKənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi"nin önəmini vurğulayaraq FAO ilə gələcək əməkdaşlığı bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR