Təhsil Nazirliyi ictimai müzakirə təşkil edəcək

Təhsil Nazirliyi "Məktəbəqədər təhsilin kurikulumu" sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sənəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının "Sənədlər" bölməsində həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR