Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

Baş Prokurorluqda aparılmış araşdırmalarla "Hürriyyət" qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən olunub ki, mətbu orqandaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar qəzetin baş redaktoru Vüqar Məmmədov ki, Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzdir. Baş redaktora rəsmi olaraq bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR