Ümumdünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunan tədbir keçirilib. "OLAYLAR"-a "İrəli" İctimai Birliyindən daxil olan məlumata görə, Universitetin Sosial iş fakültəsi və İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov, universitetin müəllim-tələbə kollektivi iştirak edib. Tədbirdə iştirakçılara Sosial iş ixtisası haqqında məlumat verilib, tanıtımı, peşə kimi formalaşması və uğurlu təşkili sahəsində ölkədə aparılan işlərdən danışılıb. Qeyd olunub ki, ölkədə Sosial işin tədrisi sahəsində Azərbaycan Universitetinin müstəsnə yeri və böyük nailiyyətləri vardır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Azərbaycan Sosial iş Birliyinin sədr müavini Gülnarə Pənahova Ümumdünya Sosial iş gününün mahiyyəti haqqında danışıb, sosial işçiləri peşə bayramı münasibəti ilə təbrik edib, ürək sözlərini çatdırıblar. Çıxış edən MirHəsən Seyidov nitqində sosial iş ixtisasının mahiyyətindən, cəmiyyət üçün yararından danışıb. Gəncliyin inkişafını vurğulayıb və tələbələrin bu addımını qiymətləndirdiyini, bir təşkilat olaraq hər zaman gənclərə dəstək olmağa hazır olduqlarını vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR