“İrAero” Rostov-Bakı aviareysindən imtina edib

Rusiyanın "İrAero" aviaşirkəti Rostov-Bakı-Rostov birbaşa aviareysin açılmasından imtina edib. Buna səbəb sözügedən marşruta tələbatın az olmasıdır.

Olaylar.az xəbər verir ki, Rostov-Bakı aviareysi üzrə uçuşlar iyulun 6-da başlamalı idi. Uçuşların həftənin VI günləri "Sukhoi Superjet" təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı.

"Bu marşrut üzrə biletlər, demək olar ki, satılmırdı və bu səbəbdən biz biletlərin bir qismini maya dəyərindən də aşağı qiymətə realizə etməyi qərara aldıq. Lakin atılan bu addım da sözügedən marşruta tələbatı artırmadı. Məhz buna görə biz Rostov-Bakı aviareysinin açılmasından imtina etdik", - aviaşirkətin məlumatında deyilir.

Qeyd edək ki, bu aviareysə bilet alan hər bir sərnişinə kompensasiya ödəniləcək.

bizimyol

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR