AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

AZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.

Olaylar.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.

AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı "Boeing-757" təyyarələri ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR